09 İyul 2022, 01:14
DÖYÜŞ NÖVLƏRİ
Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə "Böyük Dəbilqə" turnirinə start verilib. Matc.az xəbər verir ki, yarışın ilk günündə Azərbaycanın 4 təmsilçisi mübarizə aparıb.
Kişilərin 60 kiloqram çəki dərəcəsində çıxış edən Rövşən Əliyev 1/16 finalda Mirzohid Mahammadjonova (özbəkistan), eyni çəkidəki Əhməd Yusifov Anjelo Pantanoya (İtaliya) uduzub.
66 kq çəkidəki Yaşar Nəcəfov ilk görüşdə Raximjon Subhonovun (özbəkistan) müqavimətini qıra bilməyib. Eyni çəkidə yer alan İbrahim Əliyev isə startda Yanislav Gerçevi (Bolqarıstan) yensə də, 1/8 finalda yaponiyalı olimpiya və ikiqat dünya çempionu Hifumi Abe ilə bacarmayıb.
Beləliklə, ilk gündə tatami üzərinə çıxan təmsilçilərimizin hamısı çıxışını medalsız başa vurub.
"Böyük Dəbilqə" üç gün davam edəcək. Növbəti günlərdə daha 7 kişi cüdoçumuz mübarizəyə qoşulacaq.