"Qəbələ" və "Neftçi"nin Avropa Konfrans Liqasındakı rəqibləri - Macarıstanın "Fehervar" və Kiprin "Aris" (Limassol) komandaları yoxlama oyununda üz-üzə gəliblər.

"Qəbələ" və "Neftçi"nin Avropa Konfrans Liqasındakı rəqibləri – Macarıstanın "Fehervar" və Kiprin "Aris" (Limassol) komandaları yoxlama oyununda üz-üzə gəliblər. Matc.az xəbər verir ki, sözügedən komandalar Sloveniya toplanışı çərçivəsində qarşılaşıb.
 
üç qolun qeydə alındığı oyun "Fehervar"ın qələbəsiylə yekunlaşıb – 2:1. Macarıstan təmsilçisinin qollarını dubla imza atan Kenan Kodro (16 və 40-cı dəqiqələrdə) vurub. Limassol təmsilçisində isə 25-ci dəqiqədə Matiya Şpolyariç fərqlənib.
 
Xatırladaq ki, "Qəbələ" və "Neftçi" sözügedən komandalarla iyulun 21-də və 28-də qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest