AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclasının vaxtı açıqlanıb. Matc.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, toplantı iyulun 15-də videokonfrans formatında baş tutacaq.
 
Saat 17:00-da başlayacaq iclasın gündəliyinə aşağıdakı məsələlər daxil olunub:
 
1. Hakimlər Komitəsinin sədri vəzifəsinə təyinatın müzakirəsi
 
2. 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə təyinatın müzakirəsi
 
3. "Sabah" FK-nın əvəzedici komandasının 2022/2023-cü il mövsümündə Birinci Divizionda çıxış etməməsi ilə bağlı müraciətə baxılması
 
4. Digər məsələlər

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest