14 İyul 2022, 14:28
DÖYÜŞ NÖVLƏRİ
İyulun 15-də Xorvatiyanın paytaxtı Zaqrebdə start götürəcək qran pri üçün cüdo üzrə Azərbaycan milli komandasının heyəti açıqlanıb. Matc.az xəbər verir ki, üç gün davam edəcək yarışa 14 tatami ustası qatılacaq.

Kişilərin mübarizəsinə Kəramət Hüseynov (60 kq), Orxan Səfərov, Yaşar Nəcəfov (hər ikisi 66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq), Səid Mollayi, Zelim Tçkayev (hər ikisi 81 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov (100 kq) və Uşangi Kokauri (+100 kq) qatılacaq.
Qadınların yarışında isə Leyla Əliyeva (48 kq), Gültac Məmmədəliyeva (52 kq), Aytac Qardaşxanlı (63 kq) və Südabə Ağayeva (70 kq) çıxış edəcək.
Onlar performans direktoru Mark van der Ham, böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov və böyüklərdən ibarət yığmanın böyük məşqçisi Elçin İsmayılovun rəhbərliyi altında qüvvələrini sınayacaqlar.
Qeyd edək ki, qran-priyə 69 ölkədən 520 idmançı qatılacaq.