Futbol üzrə Meksika millisinin və İspaniyanın "Barselona" klubunun sabiq müdafiəçisi Rafael Markes məşqçiliyə başlayıb. Matc.az xəbər verir ki, 43 yaşlı veteran futbolçu bundan sonra "Barselona"nın əvəzedici komandasına rəhbərlik edəcək.
 
Bu barədə Kataloniya klubunun rəsmi saytı məlumat yayıb. Markes köhnə-yeni klubu ilə 2 illik müqaviləyə imza atıb. O, bu postda Serxi Barxuanı əvəz edib.
 
Markes 2003-2010-cu illər aralığında məhz "Barselona"da oynayıb. O, həmin dövrdə bu komandanın heyətində 242 matça çıxıb, 13 qola imza atıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest