Macarıstanın Paks şəhərində gənclər arasında cüdo üzrə Avropa kuboku keçiriləcək. Matc.az xəbər verir ki, 16-17 iyulda baş tutacaq yarışa dünyanın 34 ölkəsindən 387 idmançı qatılacaq.
 
Azərbaycan yığması bu turnirdə 3 xanım cüdoçu ilə təmsil olunacaq. Cüdoçularımıza məşqçi Vüqar Hüseynov rəhbərlik edəcək.
 
-52 kq. Rita Əliyeva 
-57 kq. Lətifə Abbasova
-78 kq. Nərmin Əmirli 
 
Azərbaycan idmançıları yarışdan sonra Paksda təşkil olunacaq təlim-məşq toplanışına qatılacaqlar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest