Azərbaycan cüdoçusu Yaşar Nəcəfov Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən qran-pridə çempion olub. Matc.az xəbər verir ki, 66 kq çəki dərəcəsində yarışan idmançımızın həlledici qarşılaşmadakı rəqib italiyalı Matteo Piras olub. Qarşılaşma Nəcəfovun qələbəsi ilə yekunlaşıb.
 
Beləliklə, Azərbaycan yığması qran-prinin ilk yarış gününü bir medalla başa vurub.
 
Nəcəfov ardıcıl olaraq Ramazan Kocakov (Bəhreyn), çarli Yanq (Böyük Britaniya) və Yanislav Gerçevə (Bolqarıstan) qalib gələrək finala yüksəlib.
 
Eyni çəkidəki Orxan Səfərov ilk görüşündə Jaehonq Ana (Cənubi Koreya) uduzub.
 
60 kq-dakı Kəramət Hüseynov 1/16 final mərhələsinə təsadüf edən ilk qarşılaşmasında Hakberdi Jumayevə (Türkmənistan) yenilib.
 
Qadınların yarışında 48 kq-da Leyla Əliyeva eyni raundda Narantsetseg Canbaatara (Monqolustan), 52 kq-da Gültac Məmmədəliyeva Maria Tabaya (Braziliya) məğlub olub.
 
Azərbaycan qran-pridə 14 cüdoçu ilə təmsil olunur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest