20 İyul 2022, 10:25
DÖYÜŞ NÖVLƏRİ
Qadınlardan ən yaxşı göstərici əvvəlki kimi İrina Kindzerskadadır (+78 kq). Karyerasını bitirdiyini açıqlayan 31 yaşlı olimpiya mükafatçısı 17-ci sırada yer alıb. Leyla Əliyeva (48 kq) 33-cü, Gültac Məmmədəliyeva (52 kq) 54-cü pillədədir.
Beynəlxalq Cüdo Federasiyası 15-17 iyulda Zaqrebdə təşkil olunan Qran Pri turnirindən sonra yeni reytinq siyahısını açıqlayıb. Matc.az xəbər verir ki, Azərbaycan təmsilçilərindən üçü ilk "beşlik"də yer alıb.
Kişilərin 90 kiloqram çəki dərəcəsində yer alan Məmmədəli Mehdiyev (4657 xal) əvvəlki kimi ikinci, 73 kq-da çıxış edən Hidayət Heydərov (4760) üçüncü sıradadır. Zaqrebdə, həmçinin daha əvvəl Budapeştdə keçirilən "Böyük Dəbilqə" yarışında gümüş medal qazanan millinin yeni üzvü Səid Mollayi (81 kq) isə bir pilləlik irəliləyişlə beşinci yerə yüksəlib. 30 yaşlı sabiq dünya çempionunun aktivində 3924 xal var.
Qran Pridə qızıl medala sahib çıxan Yaşar Nəcəfov (66 kq) 10 pillə yüksəlişlə 17-ci sırada qərarlaşıb.
Digər kişi cüdoçularımıza gəldikdə, Rüstəm Orucov (73 kq) 6-cı, Orxan Səfərov (66 kq) 8-ci, Kəramət Hüseynov (60 kq), Zelim Kotsoyev (100 kq) və Uşanqi Kokauri (+100 kq) 11-ci, Balabəy Ağayev (60 kq) 14-cü, Elmar Qasımov (100 kq) 22-cidir.