Azərbaycanın MMA döyüşçüsü Vüqar Kərəmov Rizin qran-prisində üçüncü döyüşünü keçirib. Matc.az xəbər verir, 30 yaşlı Kərəmov Yaponiyada təşkil olunan döyüşdə yerli idmançı Sora Yamamoto ilə qarşılaşıb.
 
Yapon rəqibini məğlub edən Kərəmov qran-pridə ardıcıl üçüncü qələbəsini qazanıb.
 
Vüqar Kərəmov daha əvvəl ABŞ təmsilçisi Kayl Aquon və yaponiyalı Teyçi Nakadzimaya qalib gəlmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest