Türkiyənin Konya şəhərində keçiriləcək 5-ci İslam Həmrəylik Oyunlarında iştirak edəcək Azərbaycanın kişi cüdo millisinin heyəti bilinib. Matc.az xəbər verir ki, 8 avqustda İslamiadada iştirak üçün böyüklərdən ibarət milli yığma komandanın 7 üzvü Türkiyəyə yola düşəcək.
 
Onlar 15-16 avqustd fərdi yarışlarda, 17 avqustda isə komanda yarışında iştirak edəcəklər. Məşqçi Zaur Babayevin rəhbərliyi altında çıxış edəcək idmançıların adlarını təqdim edirik:
 
Balabəy Ağayev (60 kq), İbrahim Əliyev (66 kq), Nəriman Mirzəyev, Telman Vəliyev (hər ikisi 73 kq), Zelim Tçkayev (81 kq), Elmar Qasımov (100 kq), İmran Yusifov (+100 kq).
 
Yarışda iştirak edəcək kişi cüdo millisinin hazırda Bakıda təlim-məşq toplanışı davam edir. 27 iyulda başlayan hazırlıq prosesi 5 avqusta qədər davam edəcək.
 
Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti, Olimpiya çempionu Elnur Məmmədli, ACF Prezidentinin müşaviri Natiq Bağırov, baş katib Rəşad Rəsullu və performans direktor Mark van der Ham milli yığmanın təlim-məşq toplanışını ziyarət edərək onların hazırlıqları ilə maraqlanıb, cüdoçulara yarışda müvəffəqiyyətlər arzu ediblər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest