Futbol üzrə Azərbaycan Premyer Liqasında 1-ci turun oyunları keçirilir. Matc.az xəbər verir ki, bu gün daha bir qarşılaşma baş tutub.

Son çempion "Qarabağ" doğma meydanda "Səbail"lə qarşılaşıb. Azərbaycanı UEFA çempionlar Liqasında təmsil edən Qurban Qurbanovun çalışdırdığı komanda çempionat matçından da inamlı qələbə ilə ayrılıb.

Xatırladaq ki, ötən gün baş tutan mövsümün açılış matçında "Zirə" səfərdə "Kəpəz"ə qalib gəlmişdi – 2:1.

Misli Azərbaycan Premyer Liqası
1-ci tur
6 avqust

Qarabağ – Səbail 3:1
Qol: M.Qurbanlı, 42. R.Şeydayev, 45+2-pen; 47 – E.Tağıyev, 71.
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Nicat İsmayıllı.
VAR hakimi: Fərid Hacıyev.
VAR hakiminin köməkçisi: Cəmil Quliyev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev.
Bakı. "Azersun Arena".

Qarabağ: 23. Luka Quqeşaşvili, 7. Riçard Almeyda (k), 30. Abbas Hüseynov, 4. Rahil Məmmədov, 77. Ramil Şeydayev, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 22. Musa Qurbanlı, 20. Kadi Borges, 6. Julio Romao, 15. Leandro Andrade.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 89. Amin Ramazanov, 19. Filip Ozobiç, 55. Bədavi Hüseynov, 2. Qara Qarayev, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 25. Vadji İbrahima, 8. Marko Yankoviç, 11. Kvabena Ovusu.
Baş məşqçi: Qurban Qurbanov.
Səbail: 1. Emil Balayev, 14. Rahid Əmirquliyev (k), 6. Cabir Əmirli, 3. Turan Manafov, 17. Rafael Məhərrəmli, 27. Emil Martinov, 11. Qoba Zakpa, 30. Franko Mazurek, 21. Kizito Luvaqa, 20. Fakundo Kardozo, 23. Qustavo de Fransa.
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 25. Sadiq Məmmədzadə, 15. Vüqar Həsənov, 72. Emin Zamanov, 39. Tural Bayramlı, 7. Ruslan Hacıyev, 8. Elmir Tağıyev.
Baş məşqçi: Mahmud Qurbanov.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest