Azərbaycan taekvondoçusu Radik İsayev Türkiyənin Konya şəhərində keçirilən İslam Həmrəyliyi Oyunlarında medalsız qalıb. Matc.az xəbər verir ki, olimpiya, dünya, ikiqat Avropa çempionu, 4-cü İslam Həmrəylik Oyunlarının qalibi yarışdığı +87 kq çəki dərəcəsində qazaxıstanlı rəqibi Baurcan Həsənovla bacarmayıb. Nəticədə, Dağıstan əsilli idmançı medalsız qalıb.
 
Bu gün mübarizəyə qoşulan digər iki Azərbaycan taekvondoçusundan Məhəmməd Məmmədov (74 kq) ikinci, Fatimə Məcidova (62 kq) isə ilk görüşündə uduzaraq, mübarizəni dayandırıb. Bununla da Azərbaycan taekvondo yarışlarını 5 medalla (1 qızıl, 2 gümüş, 2 bürünc) tamamlayıb.
 
Dünən olimpiya mükafatçısı, ikiqat dünya və Avropa çempionu Milad Beiqi də uduzaraq medal qazana bilməmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest