16 Avqust 2022, 23:53
DÖYÜŞ NÖVLƏRİ
Bolqarıstanın paytaxtı Sofiyada güləş üzrə U-20 dünya çempionatı keçirilir. Matc.az xəbər verir ki, Azərbaycan güləşçilərindən Zirəddin Bayramovla (65 kq) Kənan Heybətov bütün rəqiblərinə qalib gələrək finala qədər irəliləyiblər.

Zirəddin Bayramov həlledici dueldə özbəkistanlı Umidcan Cəlalovla qarşılaşıb. İkinci hissədə Bayramov 1:5 hesabı ilə geridə ikən çiynindən zədələnib. Nəticədə o, gümüş medalla kifayətlənməli olub.
Kənan Heybətov isə finalda ABŞ təmsilçisi Miçel Mesenbrink ilə qarşılaşıb. Rəqibinə 13:7 hesabı ilə qalib gələn Heybətov karyerasında ilk dəfə dünya çempionu olub.
79 kq-da isə Soslan Tigiyev bürünc medal görüşündə qırğızıstanlı Məhəmməd Abdullayevə 10:18 hesabı ilə uduzaraq, 5-ci yerlə kifayətlənib.