Azərbaycanın qadın basketbolçulardan ibarət 3x3 yığması Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb. Matc.az xəbər verir ki, millimiz finalda Mali seçməsi ilə üz-üzə gəlib. 
 
Qarşılaşma Azərbaycan komandasının 21:6 hesablı qələbəsi ilə bitib.
 
Azərbaycanın kişi basketbolçulardan ibarət 3x3 millisi isə həlledici matçda Seneqal seçməsi ilə üz-üzə gəlib. Qarşılaşma rəqibin 21:16 hesablı qələbəsi ilə bitib.
 
Beləliklə, Azərbaycan millisi 2017-ci ildə Bakıda keçirilmiş İslamiadanın qalibi titulunu qoruya bilməyib və gümüş medalla kifayətlənməli olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest