Azərbaycanın iki yunan-Roma güləşçisi U-20 dünya çempionatında qızıl medal qazanıb. Matc.az xəbər verir ki, Qurban Qurbanovla Kənan Abdullazadə bütün rəqiblərinə qalib gələrək dünya çempionu olublar.

Azərbaycanın iki yunan-Roma güləşçisi U-20 dünya çempionatında qızıl medal qazanıb. Matc.az xəbər verir ki, Qurban Qurbanovla Kənan Abdullazadə bütün rəqiblərinə qalib gələrək dünya çempionu olublar.
 
72 kiloqram çəki dərəcəsində mübarizə aparan Qurbanov Bolqarıstanın paytaxtı Sofiyada keçirilən mundialın həlledici duelində moldovalı Aleksandru Solovey ilə qarşılaşıb. Rəqibinə 4:0 hesabıyla qalib gələn Qurbanov yarışın baş mükafatına sahib çıxıb.
 
67 kq-da yarışan Kənan Abdullazadə isə finalda gürcüstanlı Nika Broladze ilə üz-üzə gəlib. Rəqibini 4:1 hesabı ilə yenən Abdullazadə dünya çempionu olub.
 
Bu gün həm də Nihat Məmmədli (60 kq) yaponiyalı Koto Qomiyə sonuncu xal prinsipinə əsasən (3:3) qalib gələrək dünya çempionatının bürünc medalını qazanıb.
 
Beləliklə, Azərbaycan yunan-Roma güləşçiləri mundialı beş medalla başa vurub. Daha əvvəl Nihad Quluzadə (55 kq) qızıl, Laçın Vəliyev (87 kq) isə bürünc medala yiyələnmişdilər.
 
ümumilikdə Azərbaycan güləşçilərinin mundialdan qazancı 5 qızıl, 1 gümüş, 3 bürünc medal olub. Sərbəst güləşçilərdən Kənan Heybətov (70 kq) və Cəbrayıl Qadjiyev (74 kq) çempion olub,  Zirəddin Bayramov (65 kq) "gümüş"lə kifayətlənib. Qadın güləşçilərdən isə Gültəkin Şirinova (50 kq) bürünc medala sahib çıxıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest