"Kəpəz" tarixinin ən uğursuz startına imza atıb. Matc.az xəbər verir ki, Gəncə təmsilçisi Misli Premyer Liqasının ilk 4 turunda xal toplamayıb.
Qərblilər 2012/13 mövsümündə də startda ardıcıl 4 məğlubiyyət alıb.
 
Lakin həmin vaxt top fərqi indiki ilə müqayisədə daha yaxşı olub.
 
10 il əvvəl startda 2 qol vuran və 11-ni buraxan "Kəpəz"də fərq "-9"a bərabər olub. Bu dəfə komandanın aktivində 4 qol varsa, rəqiblər 14 dəfə fərqlənib. Yəni fərq "-10"dur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest