"Mançester Siti"nin futbolçusu Kevin de Bruyne "Liverpul"un sabiq kapitanı Stiven Cerrardın İngiltərə Premyer Liqasındakı nailiyyətini təkrarlayıb. Matc.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi buna "Vulverhempton"u 3:0 hesabı ilə məğlub etdikləri səfər oyununda nail olub.
 
Belçikalı oyunçu 8-ci tur çərçivəsində baş tutan bu matçda 2 məhsuldar ötürmə ilə yadda qalıb. Təcrübəli yarımmüdafiəçi Premyer Liqada məhsuldar ötürmələrinin ümumi sayını 92-yə çatdırıb. Lakin Stiven Cerrard bu göstəriciyə 504, Kevin de Bruyne isə 287 qarşılaşmada çatıb.
 
Xatırladaq ki, Kevin de Bruyne 2015-ci ildən "şəhərlilər"in formasını geyinir.
 
İngiltərə Premyer Liqasında məhsuldar ötürmə rekordu isə "Mançester Yunayted"in sabiq yarımmüdafiəçisi Rayan Giqqzə məxsusdur – 162.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest