Avropa Liqasında qrup mərhələsinin üçüncü turunun oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub. Matc.az xəbər verir ki, bu ada "Monako"dan Vissam Ben Yedder, "Mançester Yunayted"dən Markus Reşford, PSV-dən Kodi Qakpo və "Srvena Zvezda"dan Kanqa namizəddir.
 
Qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermə nəticəsində müəyyənləşəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest