"Təsadüfi bir işlə mümkün deyil ki, hansısa bir uğur qazanasız".

Azərbaycan Premyer Liqasının VI turu çərçivəsində "Sabah"ın qonağı olan "İmişli" 1:3 hesablı məğlubiyyətlə üzləşib.

Matc.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "İmişli"nin baş məşqçisi Fərid Namazov məğlubiyyəti şərh edib:

- Oyunun ağır keçəcəyini bilirdik. "Sabah"ın hücum xəttində təhlükəli olduğunu bildiyimiz üçün, maksimal dərəcədə onun qarşısını almağa çalışırdıq. 1-ci hissə istədiyimizi reallaşdıra bilirdik. 2-ci hissə isə topa nəzarət etməyə çalışırdıq. Milli fasilədən maksimum yararlanmağa çalışacağıq.

- Bütün komandalara qarşı eyni oyun planında oynamağın nəticə baxımından problem yaradacağını düşünürsünüzmü?
- Struktur baxımından bir iş yoxdursa komandada, 20 tur da keçsə nəticə olmayacaq. Təsadüfi bir işlə mümkün deyil ki, hansısa bir uğur qazanasız. Keçən oyunda 25-ci dəqiqədən sonra,bu oyunda isə 2-ci hissədə verdiyimiz reaksiyanın yaxşı olduğunu düşünürəm. Nəticəni zaman göstərəcək. 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest