Avropa Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində baş tutan Yunanıstan "Olimpiakos"u ilə səfər oyunu Azərbaycan çempionu "Qarabağ" üçün əlamətdar olub.

Avropa Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində baş tutan Yunanıstan "Olimpiakos"u ilə səfər oyunu Azərbaycan çempionu "Qarabağ" üçün əlamətdar olub. Matc.az xəbər verir ki, rəqib qapısından 3 cavabsız top keçirən Ağdam təmsilçisi bu oyunda avrokuboklardakı yubiley qələbəsinə imza atıb.
 
Belə ki, "Olimpiakos" üzərindəki 3:0 hesablı qələbə Ağdam klubunun avrokuboklarda 25-ci səfər zəfəridir. Qitəmiqyaslı turnirlərdə 1996-cı ildən çıxış edən "Qarabağ" 26 ildə 76 səfər oyunu keçirib. 25 qələbə və 17 heç-heçəsi olan Ağdam təmsilçisi 34 dəfə məğlub olub.
 
Rəqib qapılarından 76 top keçirən "Qarabağ" 111 qol buraxıb. Yunanıstanda təmsilçimizin ikinci qolunu vuran Marko Veşoviç təmsilçimizin 75-ci səfər qolunun müəllifi olaraq klubun tarixinə düşüb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest