"Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayev Avropa Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində Yunanıstanda "Olimpiakos"a qarşı keçirdikləri oyundan danışıb.

"Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayev Avropa Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində Yunanıstanda "Olimpiakos"a qarşı keçirdikləri oyundan danışıb. Matc.az xəbər verir ki, o, Yunanıstan mətbuatına açıqlamasında 3:0 hesabı ilə qalib gəldikləri oyunla bağlı bunları söyləyib:
 
"Matçın böyük hissəsində rəqib pis təsir bağışlamasa da, biz daha cəsarətli oynadıq. İstər evdə, istərsə də səfərdə öz oyunumuzu göstərməyə çalışırıq. Gözəl atmosferdə çətin matç keçirdik. Bu, son illərdə əldə etdiyimiz ən vacib qələbələrdən biridir. Birinci hissədə "Olimpiakos" bizə təzyiq edib çətin anlar yaşatsa da, topa nəzarəti əla ala bildik. İkinci hissədə çox şey müsbətə doğru dəyişdi. Təfərrüata varmaq istəmirəm. İkinci yarıda vəziyyətə nəzarət etməyə, yaratdığımız fürsətlərdən yararlanmağa başladıq".
 
"Qarabağ" və "Olimpiakos" arasındakı növbəti oyun oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest