"Qarabağ" Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda doğma meydanda Yunanıstanın "Olimpiakos" komandası ilə qarşılaşacaq. Matc.az xəbər verir ki, artıq bu matçdan öncə baş tutacaq mətbuat konfransı və media üçün açıq məşqlərin vaxtı müəyyənləşib.
 
12 oktyabrda, saat 13:00-da "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransına start veriləcək. Baş məşqçi media əhli ilə Tofiq Bəhramov adına Respublika stadionunun konfrans zalında görüşəcək. Komandanın media üçün açıq məşqi (ilk 15 dəqiqəsi) isə "Azersun Arena"da olacaq və saat 19:00-da başlayacaq.
 
Eyni gündə, saat 17:30-da "Olimpiakos"un baş məşqçisi Miçel Qonsalesin mətbuat konfransına start veriləcək. Saat 18:00-da isə Yunanıstan təmsilçisinin media üçün açıq məşq (ilk 15 dəqiqəsi) başlayacaq. Qonaq komandanın hər iki tədbiri Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.
 
13 oktyabrda Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" – "Olimpiakos" matçına saat 20:45-də start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest