Yunanıstan "Olimpiakos"unu Avropa Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində Bakıda baş tutacaq "Qarabağ"la səfər oyununda az sayda azarkeş dəstəkləyəcək. Matc.az Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, Pirey təmsilçisi Azərbaycan təmsilçisindən cəmi 50 bilet istəyib.
 
Bu üzdən də əldə olunmuş razılığa əsasən, 26-cı sektorun biletləri də "Qarabağ" tərəfdarları üçün satışa çıxarılıb. Həmin biletləri iticket.az və kassalardan almaq olar.
 
Xatırladaq ki, "Qarabağ" – "Olimpiakos" (Yunanıstan) matçı üçün daha öncə satışa çıxarılmış bütün biletlər satılıb. "iTicket.az"dan verilən məlumata görə, satışa çıxarılan gün biletlərin 22 mini, bu gün isə hamısı satılıb.
 
Oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" – "Olimpiakos" matçına saat 20:45-də start veriləcək. Ağdam təmsilçisi səfərdə baş tutan ilk oyunda bu rəqibinə 3:0 hesabıyla qalib gəlib.
 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest