11 Oktyabr 2022, 09:39
AVROPA LİQASI
Avropa Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində "Qarabağ" və Yunanıstanın "Olimpiakos" komandaları arasında Bakıda keçiriləcək oyun üçün təyinatlar açıqlanıb. Matc.az xəbər verir ki, UEFA bu qarşılaşmanı İngiltərədən olan hakimlər briqadasına tapşırıb.
Baş hakim Kreyq Pousona yan xətt hakimləri Li Betts və İan Hussin kömək edəcəklər. Dördüncü hakim funksiyasını Con Bruks yerinə yetirəcək.
Darren Jon Herbert VAR hakimi, Peter Bankes isə onun köməkçisi olacaq. Hakim-inspektor norveçli Yon Skyervold, UEFA nümayəndəsi Bosniya və Herseqovinadan olan Milan Yankoviçdir.
Oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq "Qarabağ" - "Olimpiakos" matçına saat 20:45-də start veriləcək. Ağdam klubu Afinadakı görüşdə bu rəqibini 3:0 hesabıyla məğlub edib.