11 Oktyabr 2022, 11:32
                
                                AVROPA LİQASI 
                                
              "Artıq kim olduğumuzu göstərməyin vaxtıdır". Matc.az xəbər verir ki, bunu "Olimpiakos"un baş məşqçisi Miçel Qonsales Bakıda "Qarabağa"a qarşı keçirəcəkləri Avropa Liqasının qrup mərhələsinin 4-cü tur oyunundan əvvəl məşqdə futbolçulara deyib.
				  
	59 yaşlı mütəxəssis artıq böyük nəticələr haqqında düşünməli olduqlarını bildirib.
	Pirey təmsilçisinin müdafiəçisi Sokratis Papastatopulos da OFİ-yə 2:1 hesabı ilə qalib gəldikləri Yunanıstan Super Liqasının 7-ci tur oyunundan sonra komanda yoldaşlarını bir araya yığaraq onlarla söhbət edib. 34 yaşlı oyunçu ardıcıl yaxşı nəticələr qazanmaq istədiklərini söyləyib.
	Oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" – "Olimpiakos" matçı saat 20:45-də başlayacaq. "Köhlən atlar" 3-cü turda Afinadakı oyunda rəqibini üç cavabsız qolla məğlub edib.
				
_1761661036.jpg)