Avropa Liqasının qrup mərhələsində iştirak edən və formada olan komandaların siyahısı yenilənib. Matc.az turnirin mətbuat ximdətinə istinadən xəbər verir ki, "10-luq"da Azərbaycan təmsilçisi "Qarabağ" da yer alıb.

Son 5 matçda qələbə qazanan Ağdam klubu ilk "4-lük"də göstərilib.

Siyahı yerli çempionat və Avropa Liqasının nəticələrinə əsasən tərtib olunub. Qurban Qurbanovun çalışdırdığı komanda keçirdiyi son 5 qarşılaşmanın hamısında qalibiyyət əldə edib.

"Qarabağ" oktyabrın 13-də Bakıda Yunanıstan "Olimpiakos"unu qəbul edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest