Yunanıstanın "Olimpiakos" komandası Avropa Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində qarşılaşacağı "Qarabağ"la səfər oyunu üçün Bakıya 24 futbolçu gətirəcək
Yunanıstanın "Olimpiakos" komandası Avropa Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində qarşılaşacağı "Qarabağ"la səfər oyunu üçün Bakıya 24 futbolçu gətirəcək. Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Heyətdə 3 qapıçı, 7 müdafiəçi, 12 yarımmüdafiəçi və 2 hücumçu yer alıb:
Qapıçılar: 88. Kostas Tsolakis, 91. Aleksandros Pasxalakis, 99. Atanasios-Teoloqos Papadudis;
Müdafiəçilər: 2. Şime Vrsalko, 12. Marselo, 15. Sokratis Papastatopulos,24. Usseynu Ba, 45. Oleq Ryabçuk, 61. Aleksis Kalogeropulos, 66. Pape Abu Sisse;
Yarımmüdafiəçilər: 5. Andreas Buxalakis, 6. Yann MVila, 8. Pyer Kunde, 17. Marius Vrusai, 19. Yorqos Masuras, 20. Coş Bouler, 21. Pep Biel, 28. Matyö Valbuena, 33. Hvanq İn-Beom, 74. Andreas-Rixardos Ntoi, 77. Qarri Rodriges, 80. Anastasios Sapuntsis;
Hücumçular: 18. Hvan İy Co, 47. Abubakar Kamara.
Oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" – "Olimpiakos" matçına saat 20:45-də start veriləcək. Afinadakı oyunda Ağdam təmsilçisi bu rəqibinə 3:0 hesabıyla qalib gəlib.