11 Oktyabr 2022, 20:52
                
                
                
                                AVROPA LİQASI 
                                
                
               
              
				  
 
	UEFA Almaniyanın "Frayburq" komandasını cərimələyib. Matc.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
	Buna Bundesliqa təmsilçisinin azarkeşlərinin Avropa Liqasının qrup mərhələsinin 1-ci turunda "Qarabağ"la ev və 2-ci turda Yunanıstan "Olimpiakos"u ilə səfər oyunlarındakı davranışları səbəb olub. Nəticədə klub ilk matçdakı olaylar səbəbindən 7000 avro, ikinci görüşdəki insidentə görə isə 11000 avro məbləğində cərimə ödəyəcək.
	Xatırladaq ki, "Frayburq" - "Qarabağ" metçı meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatmışdı.
				
         	
                                             
               
 
             
 








_1761661036.jpg)






