"Qarabağ"ın hücumçusu Ramil Şeydayev Avropa Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində Bakıda Yunanıstanın "Olimpiakos" komandasına qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bölüşüb

"Qarabağ"ın hücumçusu Ramil Şeydayev Avropa Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində Bakıda Yunanıstanın "Olimpiakos" komandasına qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, o, bu gün keçirilmiş mətbuat konfransında bunları söyləyib:
 
"İlk oyunda biz qalib gəldiyimiz üçün rəqib revanş almaq istəyir. Bu səbəbdən bizə çətin olacaq. Amma nəticənin bizim xeyrimizə olacağına ümid edirəm. Sabah bütün azarkeşləri tribunada gözləyirik".
​
Şeydayev "Olimpiakos"a vurduğun qoldan sonra çılğın formadakı sevincini də şərh edib: "Bunun səbəbi tribunalarda məhz yunan azarkeşlərin olması deyildi. Sadəcə, sevindim. Deməzdim ki, emosiya partlayışı idi. Bilərəkdən etməmişdim. Adi qol sevincim idi".
 
Sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" – "Olimpiakos" matçına saat 20:45-də start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest