Futbol üzrə Avropa Liqasında qrup mərhələsinin 4-cü turunun oyunlarından sonra həftənin ən yaxşı oyunçusu olmağa namizədlərin siyahısı açıqlanıb. Matc.az xəbər verir ki, həftənin oyunçusu adına ənənəvi olaraq 4 namizəd var.
 
Bunlar "Omoniya"nın (Kipr) qapıçısı Fransis Uzoho, PSV-nin (Niderland) yarımmüdafiəçisi Joey Veerman, "Şturm"un (Avstriya) hücumçusu Uilyam Bovinq və "Braqa"nın (Portuqaliya) forvardı Vitor Oliveyradır.
 
Həftənin ən yaxşısı azarkeşlər arasında UEFA-nın rəsmi saytında keçirilən səsvermə nəticəsində müəyyənləşəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest