14 Oktyabr 2022, 09:37
AVROPA LİQASI
Azərbaycan UEFA reytinqində 2022/23 mövsümü üçün xal ehtiyatını yenidən artırıb. Matc.az xəbər verir ki, bu, "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda Bakıda Yunanıstan "Olimpiakos"u ilə qolsuz heç-heçə etməsi sayəsində mümkün olub.

Bu nəticə hazırda avrokuboklarda bir komanda ilə təmsil olunan ölkəmizin aktivinə daha 0.250 xal gətirib.
Cari mövsüm üzrə xal sayını 3.250-ə, son 5 mövsümdə isə 15.875-ə çatdıran Azərbaycanın 29-cu pillədəki mövqeyi dəyişməyib. 28-ci yerdəki Polşanın 17.500 xalı var. Azərbaycanı 12.625 xalı olan Qazaxıstan izləyir.
27.900 xalı olan Türkiyə 4 pilləlik sıçrayışla 14-cü sıraya yüksəlib. Əvəzində İsveçrə (27.675) 15-ci, Ukrayna (27.500) isə 16-cı pilləyə geriləyib.
Siyahıya 96.141 xalla İngiltərə başçılıq edir. İspaniya (85.998) ikinci, Almaniya (73.481) üçüncüdür.