14 Oktyabr 2022, 12:00
AVROPA LİQASI
Yunanıstanın "Olimpiakos" komandasının yarımmüdafiəçisi Andreas-Rixardos Ntoi Avropa Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində Bakıda "Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib
Yunanıstanın "Olimpiakos" komandasının yarımmüdafiəçisi Andreas-Rixardos Ntoi Avropa Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində Bakıda "Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, 19 yaşlı futbolçu ölkəsinin mətbuatına açıqlamasında bunları söyləyib:
"Qarabağ"la oyunda start heyətində yer alacağımı gözləmirdim. Bakıda oynamağım qəfil alındı. Mən də gücümün yüz faizini ortaya qoydum. Fikrimcə, dəyərli bir xal qazandıq. Komandada ulduz futbolçular var ki, onlar mənə əlavə motivasiya verir, çox kömək edirlər. Dayaq yarımmüdafiəçisi olduğumdan, müdafiənin mərkəzində çıxış etmək problem deyildi. Topu hara ötürəcəyim barədə düşünmək üçün yerim və vaxtım olur. İndi bütün diqqətimizi çempionatda qarşıdakı matça yönəltməliyik".
G qrupunda 4 turdan sonra "Qarabağ" 7 xalla ikinci, "Olimpiakos" isə 1 xalla sonuncu pillədə qərarlaşıb.