"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində Fransanın "Nant" komandasına qarşı keçirəcəkləri səfər oyunundan öncə fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:
 
"Rəqibə böyük hörmətlə yanaşırıq. Bakıdakı matçda qol epizodları oldu. Hətta hesab 0:0 olarkən üstünlük onların tərəfində idi. Rəqibin heyətində bacarıqlı futbolçular var. Sadəcə, hər komandanın uğursuz seriyası olur. Son vaxtlar "Nant"ın oyununda irəliləyiş var. Hər sistemin öz çətinlikləri var. Rəqib keyfiyyətli komandadır. öz meydanında daha yaxşı oynayır. Bakıda bu komandaya 3:0 hesabı ilə qalib gəlməyimiz heç kimi aldatmamalıdır. Sabah əlimizə düşən hər imkandan maksimum istifadə etməyə çalışacağıq".
 
Sabah keçiriləcək "Nant" - "Qarabağ" matçına Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest