Fransanın "Nant" komandasının Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində "Qarabağ"a qarşı keçirəcəyi oyun üçün iştirak ərizəsi açıqlanıb.

Fransanın "Nant" komandasının Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində "Qarabağ"a qarşı keçirəcəyi oyun üçün iştirak ərizəsi açıqlanıb.

Matc.az Liqa 1 təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, sabahkı qarşılaşmada baş məşqçi Antuan Kombuarenin sərəncamında 23 futbolçu olacaq.

Heyətdə 3 qapıçı, 6 müdafiəçi, 7 yarımmüdafiəçi və 6 hücumçu yer alıb. Onların arasında erməni əsilli orta xətt oyunçusu Qor Manvelyan da var.

Qapıçılar: 1. Alban Lyafon, 16. Remi Deskam, 30. Denis Petriç;

Müdafiəçilər: 2. Fabio, 3. Andrey Cirotto, 4. Nikolya Pallua, 12. Dennis Appia, 21. Jan-Şarl Kastelletto, 24. Sebastyan Korşya;

Yarımmüdafiəçilər: 5. Pedro çirivelya, 8. Samüel Mutussami, 10. Lüdovik Blas, 17. Mussa Sissoko, 19. Məhəmməd Açi, 22. Qor Manvelyan, 29. Kenten Merlen;

Hücumçular: 7. Evann Gessan, 11. Markus Koko, 14. İqnatius Qanaqo, 27. Moyzes Simon, 31. Mustafa Məhəmməd, 55. Abdul-Kader Bamba.

Sabah keçiriləcək "Nant" - "Qarabağ" matçına Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest