Futbol üzrə Braziliya yığmasının və Türkiyənin "Fənərbaxça" klubunun keçmiş futbolçusu Aleks De Souzanın yeni iş yeri məlum olub. Matc.az xəbər verir ki, 45 yaşlı mütəxəssis Braziliya B Seriyasında çıxış edəcək "Avai" komandasının baş məşqçi postuna gətirilib.
 
Onunla müddəti 2023-cü il mövsümünün sonunadək nəzərdə tutulmuş müqavilə imzalanıb.
 
Xatırladaq ki, Aleks De Souza daha əvvəl "San Paulo"nun U-20 komandasını çalışdırıb. "Avai" isə son mövsümdə A Seriyasında 19-cu yeri tutaraq elitanı tərk edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest