"Borussiya"nın (Dortmund) hücumçusu Sebastyen Haller yenidən əməliyyat olunacağını açıqlayıb. Matc.az xəbər verir ki, Fil Dişi Sahili yığmasının da üzvü olan futbolçu "Twitter" hesabında ona dəstək olan hər kəsə minnətdarlığını bildirib:
 
"Mübarizəm bitməyib. Məni futbol meydançasından uzaqlaşdıran bu şişə son qoymaq üçün əməliyyat olunmalıyam. Dəstək mesajlarına və mənə verdiyiniz motivasiyaya görə hamınıza təşəkkür etmək istərdim".
 
28 yaşlı hücumçu ötən yay 35 milyon avroya "Ayaks"dan "Borussiya"ya keçib. İyul ayında futbolçuya xərçəng diaqnozu qoyulub və əməliyyat olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest