"Dünya çempionatı öncəsi təlim-məşq toplanışında oxşar qolu vurmuşam. Bunu öncə məşqdə etdim, indi də oyunda. Gözəl zərbə endirdim və daha çox qol vurmaq istəyirəm". Matc.az xəbər verir ki, bunu Braziliya millisinin hücumçusu Riçarlison Dç-2022-nin qrup mərhələsinin ilk turunda Serbiyaya vurduğu ikinci qolu şərh edərkən deyib.

Qayçı zərbəsi ilə komandasının ikinci qolunu vuran Rişarilson komanda yoldaşına təşəkkür edib: "Futbolçulara minnətdarlığımı bildirməliyəm. Dedim ki, qol vurmaq üçün topu qəbul etməliyəm, və onu da etdim".

Rişarlison Braziliya – Serbiya matçının ən yaxşı oyunçusu seçilib.

Növbəti turda onların rəqibi İsveçrə yığması olacaq. Qarşılaşma noyabrın 28-də baş tutacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest