25 Noyabr 2022, 13:47
DÇ-2026
"Mən müəllim olsaydım, uşaqlara məktəbdə bu matça baxmağa imkan verərdim. Ümid edirəm ki, bizim müəllimlər də bunu edəcək"
Bu gün Dç-2022-nin 2-ci turu çərçivəsində Uels – İran oyunu keçiriləcək. Matc.az xəbər verir ki, Uels millisinin kapitanı Qaret Beyl oyundan əvvəl qeyri-adi təklif verib.
O, məktəblərdə dərs əvəzinə bugünkü matçın göstərilməsini istəyir:
"İranla oyun Uels vaxtı ilə səhər saat 10:00-da başlayacaq. Mən müəllim olsaydım, uşaqlara məktəbdə bu matça baxmağa imkan verərdim. ümid edirəm ki, bizim müəllimlər də bunu edəcək. Futbol üzrə dünya çempionatında olmaq Uels üçün tarixi andır. Uşaqları olan tanışlarım istəyir ki, övladı bu qarşılaşmaya baxsın. Ancaq uşağın məktəbdən qalmasını da istəmirlər. Düşünürəm ki, əksər müəllimlər dərs əvəzinə futbolu göstərəcəklər ki, bizi dəstəkləyərək güc versinlər. Bunu tarix üzrə mini-dərs adlandırmaq olar".
Məktəblərdə Dç-2022-nin nümayişi praktikasından daha əvvəl Meksikada istifadə olunub.