"Bilirik ki, pley-offa çıxmaq üçün beş xal kifayət edəcək, ona görə də diqqətimizi bu oyuna yönəltməliyik"

ABŞ yığmasının baş məşqçisi Qreq Berhalter dünya çempionatının II turunda İngiltərə ilə oyundan sonra fikirlərini açıqlayıb. Matc.az xəbər verir ki, qolsuz bərabərliklə nəticələnən qarşılaşmadan razı qalan çalışdırıcı bildirib ki, son oyunda qələbə lazımdır: "Dünya Kubokunda hər oyunda qapını toxunulmaz saxlayırsansa, bu yaxşı göstəricidir. Ancaq mən ən azından qol görmək istəyirdim. Biz nəticə ilə fəxr edirik, lakin işimiz hələ bitməyib. Növbəti oyunda İran məğlub edilməlidir. Bilirik ki, pley-offa çıxmaq üçün beş xal kifayət edəcək, ona görə də diqqətimizi bu oyuna yönəltməliyik" – deyə, Berhalter bildirib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest