Qətərdə təşkil olunmuş dünya çempionatında 1/8 finala adlamaq şansını itirən ilk komanda bəlli oldu. Matc.az xəbər verir ki, bu, mundialın ev sahibi olan Qətər yığmasıdır.
A və B qruplarında ikinci turun oyunlarından sonra hələlik yalnız bu ölkənin milli komandasının mübarizəni erkən dayandıracağı dəqiqləşib. İlk turda Ekvadora məğlub olan qətərlilər dünən Seneqala da uduzdular. Niderlandın Ekvadorla oyunda heç-heçəyə razılaşması da bunda az rol oynamadı. Son turda Avropa təmsilçisi Qətərlə, Ekvador isə Seneqalla üz-üzə gələcək. Lui van Qalın yetirmələrinə son turda 1/8 finala yüksəlmək üçün bir xal da kifayət edəcək. Bu sözləri Ekvadora da aid etmək olar. Afrikalılar isə pley-offa adlamaq üçün mütləq Ekvadoru məğlub etməlidilər. Seneqal son turda heç-heçə etsə, yenə şansı olacaq. Lakin bunun üçün Qətərin Niderlanda qalib gəlməsi lazımdır. Amma bu variant çox az ehtimal olunur. Bir sözlə, son turda Niderlandla Ekvadora heç-heçə də bəs etdiyi halda, Seneqalı yalnız qələbə qane edəcək.
29 noyabr
19:00. Ekvador – Seneqal
19:00. Niderland - Qətər
N |
Komanda |
o |
q |
h |
m |
t |
x |
1 |
Niderland |
2 |
1 |
1 |
0 |
3-1 |
4 |
2 |
Ekvador |
2 |
1 |
1 |
0 |
3-1 |
4 |
3 |
Seneqal |
2 |
1 |
0 |
1 |
3-3 |
3 |
4 |
Qatar |
2 |
0 |
0 |
2 |
1-5 |
0 |
B qrupunda isə vəziyyət bir qədər qarışıqdır. Ən yaxşı şansa malik komanda hazırda 4 xalı olan İngiltərədir. Son turda Uelslə qarşılaşacaq Qaret Sautqeytin komandasına 1/8 finala çıxmaq üçün heç-heçə də bəs edəcək. Uelsi isə bu oyunda yalnız qələbə qane edə bilər. Digər istənilən nəticə bu komandanın evə erkən dönməsinə səbəb olacaq.
Ən çətin vəziyyətdə olan isə ABŞ yığmasıdır. Onlara 1/8 finala çıxmaq üçün mütləq İran yığmasını məğlub etmək lazımdır. Hətta heç-heçə belə bu komandanın mübarizəni erkən dayandırması ilə nəticələnəcək. İngiltərə, İran və Uelsin üçünün də qrup mərhələsini 4 xalla bitirmək variantı mümkündür. Belə olan halda, top fərqi əsas götürüləcək ki, hazırkı variantda Avropa təmsilçiləri daha üstün görünürlər. Uels yığması İngiltərəyə 4 cavabsız qol vura bilsə, hətta bu komandanı qabaqlaya da bilər. Amma bu variant inandırıcı görünmür. Lakin uelslilərin top fərqində İranı qabaqlaması mümkündür.
29 noyabr
23:00. İran – ABŞ
23:00. Uels - İngiltərə
N |
Komanda |
o |
q |
h |
m |
t |
x |
1 |
İngiltərə |
2 |
1 |
1 |
0 |
6-2 |
4 |
2 |
İran |
2 |
1 |
0 |
1 |
4-6 |
3 |
3 |
ABŞ |
2 |
0 |
2 |
0 |
1-1 |
2 |
4 |
Uels |
2 |
0 |
1 |
1 |
1-3 |
1 |
Yeri gəlmişkən, qrup mərhələsi indi başa çatsaydı, 1/8 finalda Niderland İranla, İngiltərə isə Ekvadorla qarşılaşardı.