Qətərdə təşkil olunan dünya çempionatının qrup mərhələsində bu gün 2-ci turun daha 4 oyunu keçirilib. Matc.az xəbər verir ki, günün ilk matçı E qrupunda Yaponiya və Kosta Rika yığmaları arasında olub. Kosta Rikalılar bu oyundan minimal hesabla üstün ayrılıblar.

Bu qrupun digər görüşündə isə mundiala qələbə ilə başlayan İspaniya ilk turda gözlənilmədən yaponiyalılara uduzan Almaniya yığması ilə münasibətlərinə aydınlıq gətirib. Hesabı ispanların açdığı oyunda almanlar məğlubiyyətdən xilas ola biliblər. Yekunda tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

F qrupunda əvvəlcə Belçika Mərakeşi sınağa çəkib. Mərakeşlilər bu oyunda gözlənilməz qələbəyə seviniblər. Qrupun digər matçında Xorvatiya Kanada ilə üz-üzə gəlib. Hesabı kanadalıların açdığı matçda Avropa təmsilçisi inamlı və əzmkar qələbə qazanıb. Ardıcıl iki məğlubiyyətlə üzləşən Kanada yığması son turda qalib gəlsə belə, qrupdan çıxa bilməyəcək. Bununla da sözügedən komanda Qətər yığmasından sonra pley-off şansını itirən ikinci komanda olub.

Dç-2022
27 noyabr

E qrupu

Yaponiya - Kosta Rika 0:1
Qol: Keyşer Fuller, 81.
Baş hakim: Maykl Oliver (İngiltərə).
"Əhməd İbn Əli" stadionu.

Yaponiya: Şuiçi Qonda, Miki Yamane, Yuto Naqatomo, Maya Yoşida (k), Ko İtakura, Vataru Endo, Ritsu Doan, Hidemasa Morita, Daiçi Kamada, Yuki Soma, Ayase Ueda.
Kosta Rika: Keylor Navas, Kendal Vaston Manle, Oskar Duarte, Fransisko Kalve, Brayan Ovyedo, Gerson Torres, Yeltsin Texeda, Selso Borxes, Keyşer Fuller, Antoni Kontreas, Joel Kempbell.

İspaniya - Almaniya 1:1
Qol: Alvaro Morata, 62 - Niklas Fullkruq, 83.
Baş hakim: Denni Makkelli (Niderland).
"Əl Bayt" stadionu.

İspaniya: Unay Simon, Jordi Alba, Emerik Laport, Rodri, Daniel Karvaxal, Serxio Buskets (k), Pedri, Qavi, Dani Olmo, Marko Asensio, Ferran Torres.
Almaniya: Manuel Noyer (k), David Raum, Antonio Rudiger, Niklas Sule, Tilo Kerer, Yozua Kimmix, Leon Qoretska, Camal Musiala, İlkay Gündoğan, Serj Qnabri, Tomas Müller.

Xal: İspaniya – 4. Yaponiya – 3. Kosta Rika – 3. Almaniya – 1.

F qrupu

Belçika - Mərakeş 0:2
Qol: Abdelhamed Sabiri, 73. Zəkəriyyə Abuxlal, 90+2.
Baş hakim: Sesar Arturo Ramos (Meksika)
"Al Tumama" stadionu.

Belçika: Tibo Kurtua, Tomas Munye, Tobi Alderveyreld, Yan Vertongen, Timoti Kastan, Amadu Onana, Aksel Vitsel, Eden Hazard (k), Torqan Hazard, Mişi Batşuayi, Kevin De Bruyne.
Mərakeş: Yassin Bunu, Əşrəf Hakimi, Nayef Aquerd, Romen Saiss (k), Nussair Mazraui, Sofyan Amrabat, Unai Azzedin, Sekin Amallah, Hakim Ziyeş, Yussuf En-Nesiri, Sofyan Bufal.

Xorvatiya - Kanada 4:1
Qol: Andrey Kramariç, 36; 70. Marko Livaya, 44. Lovro Mayer, 90+4 - Alfonso Deyvis, 2.
Baş hakim: Andres Matonte (Uruqvay).
"Xəlifə" stadionu.

Xorvatiya: Dominik Livakoviç, Yosip Yuranoviç, Deyan Lovren, Yoşko Qvardiol, Borna Sosa, Luka Modriç (k), Marselo Brozoviç, Mateo Kovaçiç, Marko Livaya, İvan Perişiç, Andrey Kramariç.
Kanada: Milan Boryan, Riçi Lareya, Alister Conston, Stiven Vitoriya, Kamal Miller, Alfonso Deyvis, Teycon Bukenen, Atiba Hatçinson (k), Stiven Euştakiu, Kayl Larin, Conatan David.

Xal: Xorvatiya – 4. Mərakeş – 4. Belçika – 3. Kanada – 0.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest