Meksika DÇ-2022-də qrup mərhələsinin son turunda noyabrın 30-u Səudiyyə Ərəbistanı ilə qarşılaşacaq. Hazırda C qrupunda Polşa 4 xalla 1-ci, Argentina 3 xalla 2-ci, Səudiyyə Ərəbistanı 3 xalla 3-cü, Meksika 1 xalla sonuncudur.

"İlk qolda  səhvə yol verdik. Messi  belə səhvləri belə bağışlamır. O, həlledici qola imza atdı. İkinci qolu buraxmaq isə bizə çox pis təsir etdi. Ancaq Argentina ilə oyunda gördüklərim məni sevindirdi. Biz çox layiqli mübarizə apardıq. Heyf ki, iki məcburi əvəzləmə etməli oldum". Matc.az xəbər verir ki, bu sözləri Meksika millisinin baş məşqçisi Xerardo Martino Dç-2022-nin qrup mərhələsinin 2-ci turunda Argentinaya 0:2 hesabı ilə uduzduqları oyundan sonra deyib.
 
O, komandasının qrupdan çıxmaq şanslarını qiymətləndirib: "Nə qədər ki, imkan var, qrupdan çıxmaq üçün mübarizə aparacağıq. Son oyunda ən azı 3 qol vurmalıyıq. Bu, asan olmayacaq. Polşanın Səudiyyə Ərəbistanına vurduğu 2-ci qol vəziyyəti daha da pisləşdirdi".
 
Qeyd edək ki, Meksika Dç-2022-də qrup mərhələsinin son turunda noyabrın 30-u Səudiyyə Ərəbistanı ilə qarşılaşacaq. Hazırda C qrupunda Polşa 4 xalla 1-ci, Argentina 3 xalla 2-ci, Səudiyyə Ərəbistanı 3 xalla 3-cü, Meksika 1 xalla sonuncudur.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest