27 Noyabr 2022, 15:33
DÇ-2026
Qətərdə keçirilən futbol üzrə dünya çempionatı çərçivəsində ötən gecə keçirilmiş Argentina - Meksika matçını 88 966 azarkeş izləyib. Matc.az xəbər verir ki, bu, son 28 ilin rekordu kimi tarixə düşüb.
Belə ki, bundan öncə ən çox azarkeş toplamış matç 1994-cü ildə keçirilmiş dünya çempionatının finalı olub. Həmin vaxt Braziliya və İtaliya yığmaları arasında baş tutmuş həlledici oyunu 94 194 azarkeş izləyib.