Bir çox azarkeş üçün Qətərdə keçirilən dünya çempionatı məhdudiyyətləri ilə yadda qalacaq. Bəziləri stadionlarda pivəyə qadağa qoyulmasına qəzəblənir, bəziləri isə dini qaydalara görə - və bu gözlənilən idi. Amma qadağalar nə qədər sərt olsa, bəziləri bu həddi aşmaq istəyir.
Bunlardan biri də geyimi ilə Rusiyada keçirilən dünya çempionatında məşhurlaşan xorvatiyalı model İvana Knolldur.
İvana 18 yaşından modellik biznesi ilə məşğuldur: o, "Miss Zaqreb" və "Miss Xorvatiya" müsabiqələrində qalib gəlib, çoxlu sayda reklam çarxlarında rol alıb və moda nümayişlərində iştirak edib. Ancaq yəqin ki, əsas uğur "Knolldoll" geyim markasının yaradılmasıdır.
Deyəsən, İvana dünya çempionatına məhz öz brendini populyarlaşdırmaq üçün gəlib. Burada o, ən məşhur - lüks "Fairmont Doha" otelinin kənarında gəzir. Onu peşəkar fotoqraf müşayiət edir.
29 yaşlı model Xorvatiya - Mərakeş matçına dərin dekolteli dar paltarla gəlmişdi. Bu səbəbdən tənqidlər üçün çox gözləməli olmadıq – yerli azarkeşlər xorvatiyalı modeli geyimlərinə görə tez qınadılar, və polisə müraciət də etdilər: "Bu rəzil məxluqu həbs edin".
İvananı ictimai yerlərdə açıq-saçıq paltar geyindiyinə görə həbs və ya deportasiya gözləyir.
Bununla belə, model dayanmır və öz ətrafında daha çox rezonans yaradır, turnirin təşkilini tənqid edir. "Bu, fəlakətdir! Tarixin ən pis təşkilatçılığına görə dünya çempionatına gedə bilməyən bütün insanlara yazığım gəlir".