Almaniya millisinin qapıçısı Manuel Noyer dünya çempionatlarının rekordunu təkrarlayıb. Matc.az xəbər verir ki, 36 yaşlı qolkiper buna Qətərdə keçirilən mundialda qrup mərhələsinin 2-ci turunda İspaniya ilə matçda meydana çıxmaqla nail olub.
 
Bu, oyunçunun mötəbər turnirlərdə 18-ci qarşılaşmasıdır. Noyer bu göstəriciyə görə həmyerlisi Zepp Mayer və braziliyalı Klaudio Taffarelə çatıb.
 
O, 3-cü turda Kosta Rika ilə qarşılaşmada da iştirak etsə, çempionatlar tarixində ən çox oyun keçirən qapıçı adına sahib çıxacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest