Almaniya yığması da 1/8 finala çıxmaq üçün mütləq son turda qalib gəlməlidir. Amma hətta bu da yetərli olmaya bilər. Çünki digər oyunda da yaponların İspaniyaya uduzması lazımdır.

Dünya çempionatında "ölüm qrupu" kimi dəyərləndirilən E qrupunda ikinci tur yekunlaşdı. Matc.az xəbər verir ki, iki turdan sonra 4 xala malik İspaniya vahid liderdir.

Yaponiya və Kosta-Rikanın 3 xalı varsa, Almaniya cəmi 1 xalla sonuncu pillədə qərarlaşıb. Belə olan halda, son turda bu komandaların hansı nəticələr müqabilində pley-offa çıxacağına nəzər salmaq maraqlı olardı.

Sonuncu turda Yaponiya yığması (3 xal) İspaniya (4) ilə qarşılaşacaqsa, Kosta-Rika (3) da Almaniya (1) ilə üz-üzə gələcək. İspaniyanın pley-offa yüksəlmək şansı digərlərindən daha çoxdur. Bunun üçün onlara yaponlara uduzmamaq da yetərli olacaq. Belə olan halda, digər matçın nəticəsindən asılı olaraq, İspaniya ya qrup birincisi, ya da ikinci yerlə 1/8 finala çıxacaq. Amma ispanlar son turda məğlub olsa, qrupda da qala bilərlər. Bunun üçün digər oyunda Kosta-Rikanın qələbə qazanması lazımdır. Hətta Almaniya da 8 top fərqi ilə qalib gəlməklə, ispanları pley-offsuz qoya bilər.

Yaponiya üçün vəziyyət kifayət qədər sadədir. Onları pley-offa yalnız İspaniya üzərində qələbə çıxara bilər. Məğlubiyyət bu komandanın evə yollanmasına səbəb olacaq. Hətta heç-heçə də yaponlar üçün xilas yolu olmayacaq. çünki digər oyunda istənilən komandanın qələbəsi Yaponiya üçün mundialın bitməsinə gətirib çıxaracaq.

Kosta-Rika da almanlara qalib gələcəyi halda 1/8 finala yüksələcək. Digər oyunda yaponlar uduzsa, cənubi amerikalılara heç-heçə də bəs edə bilər. İstənilən məğlubiyyət bu komandanı qrup sonuncusu edəcək. çünki almanlarla top fərqi çox pisdir.

Almaniya yığması da 1/8 finala çıxmaq üçün mütləq son turda qalib gəlməlidir. Amma hətta bu da yetərli olmaya bilər. çünki digər oyunda da yaponların İspaniyaya uduzması lazımdır.

1 dekabr

Yaponiya – İspaniya
Kosta-Rika - Almaniya

 

 

k

o

q

h

m

t

x

1

İspaniya

2

1

1

0

8-1

4

2

Yaponiya

2

1

0

1

2-2

3

3

Kosta-Rika

2

1

0

1

1-7

3

4

Almaniya

2

0

1

1

2-3

1

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest