"Deyə bilərəm ki, bütün ictimaiyyətimiz bununla fəxr edir. Amma indi diqqətimizi yalnız futbola yönəldirik"
"Bir neçə futbolçumuz FİFA-ya qəzəbləndi. "One Love" sarğısı oyundan əvvəl qadağan edildi və bu, bir neçə futbolçunu əsəbiləşdirdi". Matc.az xəbər verir ki, bunu Almaniya yığmasının futbolçusu İlkay Gündoğan deyib. O, dünya çempionatında növbəti etiraz aksiyaları planlaşdırmadığını bildirib.
"Biz bunu komanda şəklində müzakirə etdik və qərara gəldik ki, FİFA-ya etiraz olaraq bu jesti edək. Düzünü desəm, indi siyasətin bitdiyini düşünürəm. Fikrimcə, Qətər dünya çempionatına ev sahibliyi etməkdən qürur duyur. Bu, turnirə vəsiqə qazanan ilk müsəlman ölkəsidir. Mən müsəlman ailəsindənəm. Deyə bilərəm ki, bütün ictimaiyyətimiz bununla fəxr edir. Amma indi diqqətimizi yalnız futbola yönəldirik. Bu hadisəni qeyd etmək lazımdır".
Qeyd edək ki, Yaponiya ilə oyundan (1:2) əvvəl Almaniya millisinin futbolçuları FİFA-ya etiraz əlaməti olaraq komanda şəklində əlləri ilə ağızlarını bağlayıblar.