Qətərdə təşkil olunan dünya çempionatında bu gün 1/8 final mərhələsinin daha 2 oyunu keçirilib. Matc.az xəbər verir ki, günün ilk matçında Yaponiya millisi Xorvatiya ilə üz-üzə gəlib.

Bu oyunun əsas vaxtında qalib müəyyənləşməyib. Hesabı ilk yarıda yaponlar açsa da, xorvatlar fasilədən az sonra buraxılan qolun cavabını verə biliblər. Əlavə vaxtda da başqa qol qeydə alınmadığından qalibi müəyyənləşdirmək üçün penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiqə yerinə yetirən Xorvatiya yığması adını 1/4 finala yazdırıb. 

Digər görüşdə isə Braziliya Cənubi Koreya ilə qarşılaşıb. Cənubi amerikalılar bu oyunun taleyini elə ilk yarıda vurduqları 4 cavabsız qolla həll ediblər. Koreyalıların ikinci hissədəki bir qolu isə təsəllidən başqa bir işə yaramayıb.

Bu cütlərin qalibi 1/4 finalda bir-birinə rəqib olacaqdı. Beləliklə, Braziliya yığmasının yarımfinala vəsiqə uğrunda rəqibi Xorvatiya millisi olacaq.

Xatırladaq ki, daha əvvəl Niderland, Argentina, Fransa və İngiltərə yığmaları 1/4 finala vəsiqə qazanıblar.

Dç-2022
1/8 final
5 dekabr

Yaponiya - Xorvatiya 1:1 (penaltilər 1:3)
Qol: Dayzen Maeda, 43 - İvan Perişiç, 55.
Baş hakim: İsmail Elfat (Braziliya).
"Əl Cənub" stadionu.

Yaponiya: 12. Şuiçi Qonda, 5. Yuto Naqatomo, 22. Maya Yoşida (k), 15. Daiçi Kamada, 16. Takehiro Tomiyasu, 3. Syoqo Taniquti, 6. Vataru Endo, 13. Hidamesa Morita, 8. Ritsu Doan, 14. Dzunyo İto, 25. Dayzen Maeda.
Xorvatiya: 1. Dominik Livakoviç, 22. Yosip Yuranoviç, 3. Borna Barişiç, 6. Deyan Lovren, 20. Yosko Qvardiol, 11. Marselo Brozoviç, 10. Luka Modriç (k), 8. Mateo Kovaçiç, 4. İvan Perişiç, 9. Andrey Kramariç, 16. Bruno Petkoviç.

Braziliya - Cənubi Koreya 4:1
Qol: Vinisius Junior, 7. Neymar, 13-pen. Rişarlison, 29. Lukas Paketa, 36 - Payk Sun Ho, 76.
Baş hakim: Kleman Türpen (Fransa).
"974" stadionu.

Braziliya: 1. Alisson Bekker, 14. Eder Militao, 3. Tyaqo Silva (k), 4. Markinyos, 2. Danilo, 5. Kazemiro, 10. Neymar, 7. Lukas Paketa, 9. Rişarlison, 11. Rafinya, 20. Vinisius Junior.
Cənubi Koreya: 1. Kim Sun Qyu, 3. Kim Jin Su, 19. Kim Yunq Qvon, 4. Kim Min Ji, 15. Kim Mun Hvan, 6. Hvan İn Beom, 5. Yung Vu Yunq, 10. Ci Sun-Li, 7. Son Hın Min (k), 9. Sun Kyu ço, 11. Hi çan-Hvan.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest