Almaniya millisinin baş məşqçisi Yurgen Klopp İspaniya La Liqasının 10-cu turu çərçivəsində keçiriləcək “Barselona” – “Real” (Madrid) qarşılaşmasında hansı komandaya azarkeşlik edəcəyini açıqlayıb. Matc.az xəbər verir ki, oktyabrın 25-də Barselonadakı “Kamp Nou” stadionunda baş tutacaq oyunla bağlı fikirlərini bölüşən mütəxəssis kataloniyalıların qələbəsinə daha çox ümid etdiyini bildirib.
“Əvvəllər daha çox “Barselona”ya azarkeşlik edirdim. Çünki Pepe və “‘Real”ın bəzi digər müdafiəçilərinin meydandakı davranışları xoşuma gəlmirdi. İndi isə daha güclü olan tərəfi dəstəkləyəcəyəm. Hazırkı vəziyyəti nəzərə alsaq, bu, yəqin ki, “Barselona” olacaq”, - deyə Klopp bildirib.
Qeyd edək ki, La Liqada keçirilən doqquz turdan sonra “Real” 21 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. “Barselona” isə 27 xalla hamıdan öndədi.






_1614948693.jpg)






