Qətərdə keçirilən dünya çempionatının bu gecə başa çatan 1/8 final mərhələsindən sonra mundialda 2 günlük fasilə yaranıb. Matc.az xəbər verir ki, DÇ-2022 bir də dekabrın 9-da 1/4 final oyunları ilə bərpa olunacaq.

Qətərdə keçirilən dünya çempionatının bu gecə başa çatan 1/8 final mərhələsindən sonra mundialda 2 günlük fasilə yaranıb. Matc.az xəbər verir ki, Dç-2022 bir də dekabrın 9-da 1/4 final oyunları ilə bərpa olunacaq.
 
Həmin gün Xorvatiya - Braziliya və Niderland - Argentina matçları keçiriləcək. Dekabrın 10-da isə bu mərhələyə Mərakeş - Portuqaliya və İngiltərə - Fransa matçları ilə yekun vurulacaq.
 
Yarımfinal görüşləri dekabrın 13 və 14-də, 3-cü yer uğrunda matç dekabrın 17-də, final oyunu isə dekabrın 18-də keçiriləcək.
 
Xatırladaq ki, 1/4 final mərhələsində aşağıdakı komandalar üz-üzə gələcəklər:
 
9 dekabr
19:00. Xorvatiya - Braziliya
23:00. Niderland - Argentina
 
10 dekabr
19:00. Mərakeş - Portuqaliya
23:00. İngiltərə - Fransa

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest